“Sumqayıt” Türkiyə yolunda – İkisi bəlli, biri yox

20 Dekabr 2023 00:40 Qəbələ 703
“Sumqayıt” Türkiyə yolunda – İkisi bəlli, biri yox

“Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə keçəcək.

Sportinfo.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komanda 2024-cü il yanvarın 6-da Antalyaya yollanacaq.

Buna qədər, yanvarın 3-də Sumqayıtda toplaşacaq futbolçular üç gün doğma şəhərdə hazırlıq keçəcəklər.

Yanvarın 17-dək Lara bölgəsində yerləşən “Concorde Deluxe” hotelində məskunlaşacaq “gənclik şəhəri” təmsilçisi bu müddətdə 3 yoxlama matçında qüvvəsini sınayacaq.

8, 12 və 16 yanvar tarixlərində baş tutacaq görüşlərdəki rəqiblərin kimliyi hələ ki məlum deyil.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM