COP29

Klub rəhbərliyi toplandı, baş məşqçi ilə bağlı QƏRAR VERİLDİ

18 Dekabr 2023 11:40 Qəbələ 1 423
Klub rəhbərliyi toplandı, baş məşqçi ilə bağlı QƏRAR VERİLDİ

«Qəbələ»də klubdaxili toplantı keçirilib.

Yığıncaqda komandanın cari mövsüm uğursuz çıxışı geniş müzakirə olunub.

Baş məşqçi Elmar Baxşıyevin istefaya göndəriləcəyi yönündə yayılan fikirlər öz təsdiqini tapmayıb.

Prezident Fariz Nəcəfov ona öz dəstəyini ifadə edib.

«Qırmızı-qaralar»ın birinci şəxsi bildirib ki, nəticələr üzücüdür, amma o, ümidini itirmir. İnanır ki, kollektiv tezliklə düşdüyü vəziyyətdən çıxacaq və Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gələcək.

Əyalət təmsilçisi çempionatın geridə qalan 17 həftəsində hamıdan zəif nəticə göstərib. 11 xala malik «Qəbələ» turnir cədvəlinin sonuncu – 10-cu pilləsində məskunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti