Premyer Liqada gəzmədiyi klub qalmadı, bu dəfə isə…

18 Dekabr 2023 09:00 Qəbələ 21 058
Premyer Liqada gəzmədiyi klub qalmadı, bu dəfə isə…

"Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 29 yaşlı qolkiperin yubileyi Misli Premyer Liqanın XVII turuna təsadüf edib.

Sportinfo.az xəbər verir ki, o, "Səbail”lə səfərdəki matçda (0:3) meydana çıxıb. Əzizli bu 100 oyunda 143 qol buraxıb.

Qapıçının debütü "Rəvan”da forma geyindiyi 2015/16 mövsümündə gerçəkləşib. O, Premyer Liqada 8 klubda çıxış edib.

Rəşad "Rəvan”, "Şüvəlan”, "Neftçi”, "Sumqayıt”, "Şamaxı”, "Zirə”, "Səbail”in və "Qəbələ”nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM