COP29

Azərbaycanlı baş məşqçi bu qədər məğlubiyyətdən narahat deyil – Dərdi başqadır…

17 Dekabr 2023 17:45 Qəbələ 653
Azərbaycanlı baş məşqçi bu qədər məğlubiyyətdən narahat deyil – Dərdi başqadır…

"Qəbələ"də acınacaqlı durum davam edir.

Komanda bu dəfə "Səbail"ə məğlub oldu - 0:3.

Yayda sökülüb-yığılan komanda heç cür özünə gələ bilmir.

Bölgə klubunun dirçələcəyinə ən çox ümid bəsləyənlərdən olmuşam.

İndi də ümid tükənməyib.

Mən bu komandanın potensialına inanıram.

Amma futbolçular özünə inanmır.

Sanki meydana məğlub olmaq üçün çıxırlar.

Ruhsuz, iddiasız, hədəfsiz.

Döyüşüb uduzsalar nə var ki...

Elə baş məşqçi Elmar Baxşıyevi də əsas üzən budur.

Qarşılaşmadan sonra uzun müddət ehtiyat skamiyada qayğılı oturmağın başqa izahı yoxdur.

Meydanda olanlar təkcə nəticələrdən yox, həm də ötən mövsüm sayəsində kubok qazandıqları Baxşıyevdən utanmalıdır.

Təcrübəli mütəxəssis guya ilk dəfədir bu durumla üzləşir?

Təbii ki, yox.

Düzdü, böyük məşqçilik karyerası yoxdur, amma qısa müddətdə qazandığı uğurlarla bərabər düşdüyü yoxuşlar da az olmayıb.

Əvvəlki mövsümlərdə məğlubiyyətlərin sıralandığı periodlara çox şahidlik etmişik.

O, heç vaxt məğlubiyyətlərdən narahat olmayıb.

Amma ən pis gündə də bütün tənqidlərə, təzyiqlərə rəğmən yetirmələrinə inandığını israrla dilə gətirib.

Lakin indi bunu edə bilmir.

Çünki futbolçular meydanda elə sadə səhvlərə yol verir, qollar buraxır, qırmızı vərəqələr alır ki...

Çalışdırıcını düşündürən, narahat edən, çarəsiz buraxan da yuxarıda sadaladıqlarımızdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti