COP29

Azərbaycanda komandanın baş məşqçisi istefa verib?

15 Dekabr 2023 15:50 Qəbələ 848
Azərbaycanda komandanın baş məşqçisi istefa verib?

"Qəbələ" Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Səbail"ə 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi Xaqani Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Elmar Baxşıyev narahat olduğu üçün mətbuat konfransında mən iştirak edirəm. Komanda oyuna ruhsuz çıxmışdı. Futbolçuları motivasiya etməyə nə qədər çalışsaq da, alınmadı. Buna görə də oyunumuz alınmadı və məğlub olduq.

- Qış fasiləsində nəyi dəyişəcəksiz?

- İstəyirik ki, komanda ilə təmasda olaq, problemləri öyrənək, görək futbolçuların məqsədləri nədir. Onlarla danışırıq, deyirlər ki, heç bir problem yoxdur, biz də çalışırıq ki, oyunumuzu göstərək. Amma alınmır. "Sabah"la oyuna hazırlaşacağıq. Çalışacağıq ki, ən yaxşısını edək.

- Qırmızı vərəqələrin çoxluğunun səbəbi nədir?

- Komanda aşağı pillələrdə gedir deyə oyunçuların əhval-ruhiyyəsi yaxşı deyil. Bir-biriləri ilə sanki küskün kimidirlər. Nəsə olan kimi dərhal ya hakimə, ya rəqibə reaksiya verirlər. Buna görə onları cəzalandırırıq. Gələcəkdə də belə hallar olsa, yenə cəza verəcəyik. Çalışacağıq ki, problemləri həll edək.

- Elmar Baxşıyev istefa verib?

- Xeyr, verməyib.

Digər Xəbərlər
Xəbər Lenti