COP29

"Səbail" xahiş etdi, PFL "Qəbələ" ilə oyunun başlama saatını dəyişdirdi

12 Dekabr 2023 13:40 Qəbələ 587
"Səbail" xahiş etdi, PFL "Qəbələ" ilə oyunun başlama saatını dəyişdirdi

Azərbaycan Premyer Liqasının XVII turunda keçiriləcək "Səbail" - "Qəbələ" oyununun başlama saatı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, "ASCO Arena"nın işıqlandırma sistemində bir müddət öncə yaranmış problemə görə təmir-bərpa işləri hələ də davam etdiyi üçün qarşılaşmanın vaxtında dəyişiklik olub:

“Səbail”in vəziyyətlə bağlı yenilənmiş müraciətinə əsasən, “Qəbələ” PFL tərəfindən məlumatlandırılıb.

PFL-in yekun qərarına əsasən, əvvəlcədən 17:00-da nəzərdə tutulmuş görüşün günü və məkanı eyni saxlanılmaq şərti ilə saat 13:00-da başlamasına qərar verilib".

"Səbail" - "Qəbələ" matçı dekabrın 15-də reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti