COP29

Premyer Liqa təmsilçisinin baş meneceri komandanı kimə tapşırmaq istəyir? – SON DƏQİQƏ

11 Dekabr 2023 14:40 Qəbələ 1 672
Premyer Liqa təmsilçisinin baş meneceri komandanı kimə tapşırmaq istəyir? – SON DƏQİQƏ

Premyer Liqada 16 həftə arxada qalıb və «Qəbələ»nin uğursuzluğu davam edir.

«Qırmızı-qaralar» həftəsonu 11-ci məğlubiyyətini «Kəpəz»dən aldı.

Doğma publika önündə Gəncə təmsilçisini qəbul eləyən ölkə kubokunun sahibi qapısından 3 cavabsız top buraxdı.

Matçdan sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev üstüörtülü şəkildə bildirdi ki, hər an istefa verməyə hazırdır. Turnir cədvəlində axırıncı yerə düşən komandanın çalışdırıcısı yekun qərarı klub rəhbərliyinin öhdəsindən buraxdı.

Bizdə olan məlumata görə, Fariz Nəcəfov Elmar Baxşıyevlə yolları vaxtından əvvəl ayırmağı fikirləşmir.

Prezident 4 ildən artıqdır kollektivin sükanı arxasında dayanan gənc mütəxəssisə mövsümün sonunadək şans vermək niyyətindədir.

Axı o, 3 ay öncə mediaya verdiyi açıqlamada komanda I Liqaya düşməyəcəyi təqdirdə, Baxşıyevlə vidalaşmayacaqlarını bildirmişdi.

Amma burada yalnız Nəcəfov belə düşüncədədir. Klubun baş meneceri Nail Kərimov mövsümün qalan hissəsinin risk altında olması qənaətindədir.

Redaksiyamıza gələn informasiyalara görə, Kərimov Baxşıyevə bu qədər meydan verməyin əleyhinədir. Baş menecer qış fasiləsində komandanı yeni şəxsə tapşırmağın tərəfdarıdır.

Alternativ namizədi də var və o, artıq eşkdə gözləyir. Funksioner hazırkı çalışdırıcının Famil Xəlilovla əvəzlənməsini təklif edir.

İkinci qəbələlidir və uzun müddətdir burada fəaliyyət göstərir. Xəlilov «qırmızı-qaralar»ın həm U-19, həm də əvəzedici heyətinə məsuldur və baş menecerə ən yaxın kadr hesab olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti