“Qarabağ”ın səviyyəsi göz qabağındadır.
Bacardığımız qədər mübarizə aparmağa çalışdıq, sonda fərq özünü göstərdi”.
“Qəbələ”nin müdafiəçisi Murad Musayev Sportinfo.az-a açıqlamasında komandasının lider “Qarabağ”a böyük hesablı məğlubiyyətini şərh edib.
Premyer Liqanın 15-ci turu çərçivəsində ağdamlılarla qəbələlilər arasında baş tutan görüşün ilk yarısı 1:0 hesabı ilə başa çatsa da, fasilədən sonra daha 2 top vuran meydan sahibləri darmadağını rəsmiləşdirdi.
Muradın fikrincə, hesab arasındakı fərq minimal olanda qol vursaydılar, yekun nəticə fərqli ola bilərdi:
“0:1-dən sonra 1-2 imkanımız oldu. Əyyub Allaşın dirəyə tuş gələn zərbəsi qol olsaydı, bəlkə də nəticə fərqli olardı. İkinci hissədə daha bir zərbəmiz tirdən qayıtdı.
Oyunun sonlarına yaxın “Qarabağ” əvəzetmələr hesabına keyfiyyətini ortaya qoyub layiq olduğu qələbəni qazandı.
Bu gün “Qarabağ”la mübarizə aparmağımız çox çətindir. Hər nə qədər ağır yenilgi olsa da, növbəti oyunlara hazırlaşmalıyıq”.
Bu qələbədən sonra “Qarabağ” xalların sayını 32-yə yüksəldərək lider kürsüsündəki mövqeyini bərkidib. “Qəbələ” isə 11 xalla 9-cudur.
HƏBİB

