Kapitandan SƏRT REAKSİYA: "5-6 ay əvvələ kimi qəhrəman idi, indi istefa verməlidir?"

9 Dekabr 2023 13:00 Qəbələ 758
Kapitandan SƏRT REAKSİYA: "5-6 ay əvvələ kimi qəhrəman idi, indi istefa verməlidir?"

“Qəbələ” qeyri-sabit çıxışın davam etdirir.

Ötən yay demək olar sıfırdan yığılan kollektiv hələ də stabillik yaxalaya bilmir.

Bir oyun uğurlu çıxış olursa, digər matçda məğlubiyyətlə azarkeşlərini üzür.

Əbəs deyil ki, 15 turdan sonra aktivində cəmi 11 xalı olan bölgə klubu 9-cu pillədə qərarlaşıb.

Bunda yenilənən heyətlə bərabər, bir çox matçlarda şansın komandadan üz döndərməsi də az rol oynamayıb.

Amma azarkeşlər bəzən dözümsüzlük göstərirlər.

Düşünənlər var ki, Elmar Baxşıyev istefa versə, işlər tam olaraq yoluna düşə bilər. Bu fikirdə olan media mənsubları da yox deyil.

Lakin kapitan Asif Məmmədov bu versiyanı yaxın belə buraxmayıb.

Sportinfo.az-a açıqlamasında təcrübəli yarımmüdafiəçi mövzu ilə bağlı bunları deyib:

“Mətbuatı çox izləmək imkanım olmur. Açığı, stadionda da elə azarkeş yoxdur ki, Elmar müəllimi istefaya səsləsin.

Yəqin ki, o insanlar tam azarkeş deyil. Çünki azarkeş onu fikirləşər ki, bu komandanın 10 əsas oyunçusu yoxdur.

Bir dönüb arxaya da baxmaq lazmıdır axı. Bu baş məşqçi ilə biz nələr etmişik?

Sıfırdan yığılan komandadır. Elmar müəllim cavan məşqçidir. 5-6 ay əvvələ kimi qəhrəman idi, indi istefa?

Adam 3-4 ildi məşqçiliyə başlayıb. Artıq bir kubok qazanıb. Kiçik büdcə ilə yuxarı pillələr üçün oynayırıq.

Məncə, azarkeşlər tələsməsin. Hələ qarşıda görüləsi işlər çoxdur”.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA