COP29

“Bu gün “11-lik”də olaram, sabah skamyada oturaram, heç bir problem yoxdur”

7 Dekabr 2023 21:20 Qəbələ 469
“Bu gün “11-lik”də olaram, sabah skamyada oturaram, heç bir problem yoxdur”

“Hər kəsin əsas heyətdə yer almaq imkanı var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin qanalı hücumçusu Samuel Tetteh deyib.

Premyer Liqanın geridə qalan 15 həftəsində 2 qola imza atan afrikalı legioner maraqlı iddia edib. O, ehtiyatda qalacağı təqdirdə, bunu problemə çevirməyəcəyini bildirib:

“Təbii ki, “Qəbələ”yə oynamaq, vurduğum qollarla komandaya kömək etmək üçün gəlmişəm. Ancaq onu da unutmuram ki, hücum xəttində Ülvi İsgəndərovla Osama Xalayla da var.

Rəqabətin olması bizi qorxutmamalı, əksinə, sevindirməlidir. Rəqabət inkişaf deməkdir.

Eyni mövqedə futbolçu sayı çox olanda, daha çox işləyirsən. Bu isə komandaya xeyir verir.

Məşqlərdə çalışırıq. Mövcud vaxta görə kim hazır olsa, məşqçilər heyəti ona şans verir.

Məqsədim “Qəbələ”yə kömək etməkdir, yer davası etmək yox. Bu gün “11-lik”də olaram, sabah skamyada oturaram, heç bir problem yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!