Premyer Liqa klubunun kapitanı  65-70% söhbəti etdi

5 Dekabr 2023 19:40 Qəbələ 853
Premyer Liqa klubunun kapitanı  65-70% söhbəti etdi

«Oyunumuzda irəliləyiş var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin kapitanı Asif Məmmədov deyib.

«Qırmızı-qaralar»ın yarımmüdafiəçisi komandanın turnir cədvəlində yeri ürəkaçan olmasa da, göstərdikləri futbol gələcəyə ümid verir:

«Udmalı oyunlar oldu ki, sonda məğlub olduq. Deyərdim ki, 65-70% həmin komanda formalaşıb.

Əsas odur, futbolçular bilir ki, məşqçilər onlardan nə istəyir. Oyunlarımız onu göstərir ki, daha yaxşı ola bilərik.

Bizə bir qədər də vaxt lazımdır. Yaxşı nəticələr qazanmağa gücümüz çatacaq. Mən buna şübhə etmirəm».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA