İDDİALI AÇIQLAMA: "Qarabağ"la oyunda mənim üçün heç nə dəyişməyəcək"

4 Dekabr 2023 19:00 Qəbələ 749
İDDİALI AÇIQLAMA: "Qarabağ"la oyunda mənim üçün heç nə dəyişməyəcək"

"Qəbələ"nin 5 turluq qələbə həsrəti ötən tur başa çatdı.

Bölgə klubu doğma meydanda "Turan Tovuz"u məğlub etdi - 4:0.

Qələbədə əsas pay sahibi isə "qırmızı qaralar"ın fransalı legioneri Bilel Auşeriya oldu.

O, het-trik etməklə yadda qaldı.

Belədə yəqin ki, "Qarabağ"la matçda əsas diqqətlər ona yönələcək.

Görəsən, bu məqam onu narahat etmir?

29 legioner Sportinfo.az-a açıqlamasında bu suala cavab olaraq bunları dedi:

"Bəli, het-trik etmək mənə xoşdur. Bunu hər zaman etmək olmur. Lakin mənim üçün heç nə dəyişməyəcək.

Düşünürəm ki, "Qarabağ" üçün də heç nə dəyişməyəcək. Çünki belə komandalar təkcə bir futbolçuya baxmırlar".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi