
“Qəbələ” Premyer Liqanın 15-ci turunun sabah keçiriləcək oyununda “Qarabağ”ın qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, səfər qarşılaşmasının hazırlığına “qırmızı-qaralar”ın bir futbolçusu qatılmayıb.
Fares Abu Akel bərpa prosesi keçir. Emil Səfərov isə artıq komanda ilə birgə məşq edir.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Qəbələ” görüşü saat 19:30-da başlayacaq.