Bölgə klubunun kapitanından böyük fədəkarlıq

1 Dekabr 2023 21:00 Qəbələ 1 105
Bölgə klubunun kapitanından böyük fədəkarlıq

"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov bu mövsüm debütünü Premyer Liqanın 13-cü turunun "Zirə" ilə matçında (0:1) etdi.

Buna səbəb təcrübəli yarımmüdafiəçinin ötən mövsümün gedişində ciddi zədə alması olub.

Normalda Məmmədov bu ili boşa verməli, qış fasiləsindən sonra düşərgəyə qayıtmalıymış.

Məşqçilər korpusu və həkimlər birgə planı belə olub.

Ki, təcrübəli futbolçu tam sağalsın və zədə yenindən təkrarlanmasın.

Amma kapitan komandasının düşdüyü ağır durumda yoldaşlarını tək qoymaq istəməyib.

Bir az riskli olsa da, erkən qayıtmaq qərarı verib.

Fədəkarlıq edən "11 nömrə" tam sağalmasa da meydanda yoldaşlarına dəstək olmağı vacib hesab edib.

Maraqlıdır ki, məhz onun qayıdışından sonrakı ikinci matçdaca bölgə klubu uzun fasilədən sonra "Turan Tovuz" üzərində qələbə qazanıb.

Həm də darmadağınla - 4:0.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada