
«Qəbələ» Premyer Liqada uğursuz gedişata son turda «dur» dedi.
Əyalət təmsilçisi doğma divarlar arasında qəbul etdiyi «Turan Tovuz»un qapısından 4 cavabsız qol keçirməklə, nisbətən özünə gəldi.
«Qırmızı-qaralar» axırıncı matçda yaxşı təsir bağışladı və bunun səbəbi bizə məlumdur. Bizə məlumdursa, yaxşı olar ki, onu siz də biləsiz.
Deməli, klubun prezidenti Fariz Nəcəfov qarşılaşmadan öncə futbolçularla görüşüb.
Adətən, VİP-lojadan enməyən rəhbər bu dəfə paltardəyişmə otağının yolunu tutub və komandaya indiyədək almadıqları qədər böyük mükafat vəd edib.
Nə gizlədək, o, hər oyunçuya 2500 manat söz verib.
SPORTİNFO.AZ