COP29

"Rəhbərliyə istəklərimi çatdırmışam, cavab gözləyirəm, komanda belə gedə bilməz"

15 Noyabr 2023 14:00 Qəbələ 732
"Rəhbərliyə istəklərimi çatdırmışam, cavab gözləyirəm, komanda belə gedə bilməz"

«Turnir cədvəlinin lap aşağısında olmaq bizə yaraşmır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Əyalət təmsilçisinin çalışdırıcısı məqsədlərinin Premyer Liqada qalmaq olmadığını, daha yüksək yerlər uğrunda mübarizə aparmaq istədiklərini bildirib:

«Bunun üçün bizə yeni transferlər lazımdır. Heyəti mütləq gücləndirməliyik.

Boşluqlarımız var. Ötənilki heyət qalsaydı, «Qəbələ» bu gün yenə medallara iddia edərdi və əminliklə deyirəm ki, məqsədinə çatardı.

Rəhbərliyə istəklərimi çatdırmışam. Cavab gözləyirəm.

Komanda belə gedə bilməz, nələrsə olmalıdır. Qış fasiləsinə böyük ümidlər bəsləyirəm.

Oyun var, nəticə yoxdur. Çünki istər meydanda, istərsə də ondan kənarda problemlərimiz çoxdur.

Bu aralar yalnız Abu-Akal Ferasa görə sevinirəm. Ötən mövsümün sonunda zədələnən legionerimiz artıq İsraildə fərdi məşqlərə başlayıb.

Yeni ildən sonra komandaya qoşulacaq. Bir nəfər bizə kifayət etmir. Hərtərəfli iş getməlidir».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"