COP29

Şuaybunun xidmətində Azərbaycanın bu klubu maraqlıdır

13 Noyabr 2023 21:20 Qəbələ 3 543
Şuaybunun xidmətində Azərbaycanın bu klubu maraqlıdır

Ötən yaydan “Kəpəz”in şərəfini qoruyan Abdullahi Şuaybu klubdan ayrılıb.

Bir müddət öncə Hepatit B daşıyıcısı olduğu deyilən və adı saxta sağlamlıq sənədi qalmaqalında hallanan nigeriyalı hücumçu Azərbaycanı tərk edib.

Gəncə təmsilçisi ilə futbolçu arasındakı münasibətlərin hansı məcrada davam etdiyindən xəbərsizik. Bildiyimiz odur ki, Abdulun karyerasını başqa klubda davam etdirmək üçün “Kəpəz”in bu keçidə “hə” deməsi lazımdır.

Razılıq məktubu üçün isə qarşı tərəf “sarı-göyər”in tələb etdiyi transfer parasını ödəməlidir.

Redaksiyamıza daxil olan məlumata görə, Şuaybu “Qəbələ”nin formasını geyinə bilər.

Baş məşqçi Elmar Baxşıyev bəyəndiyi və ehtiyac duyduğu hücumçulardan olan afrikalı forvardı mövsümün ikinci yarısında sərəncamında görmək istəyir.

Abdulun yaxın dostu və həmyerlisi Ahmed Ayzayanın “Qəbələ”də oynaması sövdələşmənin rahatlıqla baş tutacağından xəbər verir. Ötən mövsüm “Kəpəz”də çiyin-çiyinə oynayan nigeriyalılar yenidən birlikdə çıxış etməkdə maraqlıdır.

“Qəbələ” “Kəpəz”in tələb etdiyi transfer haqqını ödəsə, 21 yaşlı hücumçunun qışdan sonra bu komandada oynaması mümkün olacaq.

Gəncə klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər qüvvədə olan Abdullahi Şuaybu “sarı-göylər”in şərəfini qoruduğu müddətdə meydana çıxdığı 45 oyunda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"