COP29

Klubun meydanda tək buraxdığı baş məşqçi - Nə qoyub, nə axtarır?

13 Noyabr 2023 16:00 Qəbələ 739
Klubun meydanda tək buraxdığı baş məşqçi - Nə qoyub, nə axtarır?

Saman çöpündən yapışıb Elmar Baxşıyev. Əli heç yana çatmır indi.

Rəhbərlik yaxına gəlmir, onu döyüş meydanında tək buraxıb və harasa çəkilib.

Yenə gözdən itiblər.

Yayda «saqqız»ını necə oğurlayıblarsa, Baxşıyev üzləşdiyi problemləri bütün çılpaqlığı ilə gözlər önünə sərməyə çəkinir.

Ara-sıra yönətimdən şikayət və narazılığını obrazlı şəkioldə, yaxud dolayısı ilə mətbuata izah etməyə çalışmır, ancaq işlər heç irəli getmir.

«Biz həm rəqiblər, həm də hakimlərlə mübarizə aparırıq» açıqlamasını isə mən qəbul edə bilmirəm.

«Qəbələ»nin problemi rəhbərlikdə post tutanlardır. Kollektivə biganə yanaşırlar, baş məşqçinin istək və tələblərini yerinə yetirmirlər, eşitdiklərini qulaqardına vururlar.

Baxşıyev «Zirə»yə məğlubiyyəti Elçin Məsiyevdə görməsi subyektiv yanaşmadır. Bəli, baş hakim müəyyən epizodlarda obyektiv davranmadı, mübahisəyə açıq qərarlarla yadda qaldı.

Amma penalti epizodu tər-təmizdir, Baxşıyev gərək bu haqda polemika açmasın. Orada mən də olsaydım, o penaltini verərdim.

Real vəziyyəti olduğu kimi təsvir etsək, Elmar Baxşıyev əl-qolu bağlanmış vəziyyətdədir. Heyəti qısırlı və zəifdir.

Bir neçə həftə əvvələ kimi «Qəbələ»nin baxımlı oyun sərgiləməsindən danışırdıq. Day bundan söz açmağa da üz qalmayıb.

Çempionatda hamıdan az qol vuran və buraxılan top sayında ikinci olan komanda turnir cədvəlinin son pilləsinə yuvarlanıb, Elmar Baxşıyev nə qoyub, nə axtarır?

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"