COP29

Azərbaycanlı baş məşqçi “Fənərbağça”ya getdi

12 Noyabr 2023 01:00 Qəbələ 830
Azərbaycanlı baş məşqçi “Fənərbağça”ya getdi

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Zaur Hacıyev Türkiyədə “Fənərbağça”nın akademiyasının qonağı olub.

Sportinfo.az xəbər verir ki, səfər AFFA-nın təşkilatçılığı ilə baş tutub.

2022/23 mövsümündə Azərbaycan çempionu olan “Qəbələ”nin U-19 və “Sabah”ın U-17 komandalarının baş məşqçiləri Zaur Hacıyevlə Saşa Yunisoğlu bir həftə İstanbulda olublar.

Onlar “sarı-lacivərdlilər”in akademiyasında iş prinsipləri ilə tanış olub, məşq prosesini yaxından izləyiblər. Mütəxəssislər türkiyəli həmkarları ilə fikir mübadilələri aparıb, nəzəri və praktiki təcrübələrini artırıblar.

Türkiyə səfəri haqda fikirlərini açıqlayan Hacıyev bu bir həftənin faydalı olduğunu vurğulayıb: “Fənərbağça” akademiyasının infrastrukturu Avropa standartlarındadır.

Türkiyəli məşqçilərin biliklərini paylaşması, futbolda texnologiyalardan istifadəsi çox yüksək səviyyədədir.

İstanbul səfərinin klublarımız üçün faydalı olacağı çox sevindiricidir. “Fənərbağça” akademiyasının nümayəndələrini qonaq etmək bizim üçün də qürurverici olar”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"