
“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının II mərhələsində keçirəcəyi cavab oyununun hakimləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi “Olimpiakos”la səfər görüşünü Şimali İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi Ceymi Robinson olacaq. Ona həmyerliləri Adam Ceffri və Endryu Neteri kömək göstərəcəklər.
Noyabrın 29-da Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qəbələdə gerçəkləşən ilk oyunda Azərbaycan təmsilçisi 0:3 hesabı ilə uduzub.