COP29

“Deməyə söz tapmıram“ - “Neftçi”dən zərbə alan

10 Noyabr 2023 19:40 Qəbələ 830
“Deməyə söz tapmıram“ - “Neftçi”dən zərbə alan

“İstəmədiyimiz məğlubiyyəti aldıq. Deməyə söz tapmıram, açığı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin legioneri Əyyub Allaş komandasının “Neftçi”yə məğlubiyyətindən sonra deyib.

Premyer Liqanın 12-ci turu çərçivəsində baş tutan qarşılaşmada bakılılar səfərdə qəbələlilər üzərində 2:0 hesabı ilə qalib gəlməyi bacardı.

Halbuki, hesab 0:1 olarkən meydan sahiblərinin hesabı bərabərləşdirmək imkanları var idi. Onlar bunu edə bilməyincə, “ağ-qaralar” uzatma dəqiqələrində ikinci qolu vurub matçda son nöqtəni qoydu.

25 yaşlı yarımmüdafiəçi yenilginin əsas səbəbi kimi aqressiya çatışmazlığını göstərib:

“Meydanda lazım olan hər şeyi etməyə çalışırdıq. Rəqibin heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Bu cür matçlarda nəzarəti əldən vermək olmaz.

Kiçik səhvə yol verdik və qapımızda ilk qolu gördük. Sona yaxın irəli atılmağımız isə onların ikinci qoluna səbəb oldu. Məncə, daha çox aqressivlik göstərməliydik.

Xal ehtiyatımız az olsa da, qarşıda çox oyunlar var. Toparlanmalı, növbəti matçlardakı qələbələrlə aldığımız yenilgiləri sığortalamalıyıq”.

“Qəbələ” 12 turdan sonra topladığı 8 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"