COP29

ŞOK AÇIQLAMA!  "Klub təkcə bizdən və futbolçulardan ibarət deyil, problemlərimiz ciddidir"

9 Noyabr 2023 08:50 Qəbələ 716
ŞOK AÇIQLAMA!  "Klub təkcə bizdən və futbolçulardan ibarət deyil, problemlərimiz ciddidir"

«Mən dediyim sözün üstündə qalıram, danışmaqla nəsə düzəlməyəcək, uçurumun dibindəyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Əyalət klubunun çalışdırıcısı «Neftç» ilə matçdan (0:2) sonra mətbuat kofnransında səsləndirdiyi fikirlərin doğruluğuna əmindir.

Media mənsubları ilə söhbətində «ötənilki heyəti mən dağıtmamışam» ifadəsini dilə gətirən mütəxəssis bu dəfə də vəziyyətin kritik olmasına diqqət çəkib:

«Klub təkcə bizlərdən və futbolçulardan ibarət deyil. Problemlərimiz çox və ciddidir.

Hər şeyi komandanın üstünə atmaq olmaz. Mən o sözü deyəndə yalnız futbolçuları nəzərdə tutmamışam.

Ümumən demişəm ki, klubda hər kəs ayılmalı və silkələnməlidir.

Premyer Liqanın 12 turu arxada qalıb, biz cəmi 8 xal toplamışıq. Doqquzuncu yerdə getmək «Qəbələ»yə yaraşmır.

Bizdən zəif komandalar turnir cədvəlinin yuxarı yerlərindədir. Bu haqda hamı fikirləşməljdir, çıxış yolları tapılmalıdır.

Hər şeyi mətbuata danışmaq olmur, problemlər isə bizi sıxır. İşlərimizi istənilən səviyyədə qura bilmirik.

Get-gedə daha çox çətin olacaq bizə. Məğlubiyyətlərin çoxluğunu yalnız futbolçularla əlaqələndirməzdim.

Mən həmişə komandamı müdafiə etmişəm və yenə edəcəm».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"