
Premyer Liqanın 12-ci turu çərçivəsində "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib.
"Ağ-qaralar" bir saatın tamamında hesabı açıb, oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə hesab arasındakı fərqi artırıb.
Qonaqlar ikinci qolu vuran kimi qəbələli fanatları tribunaları boşaltmaqla yadda qalıb.
Hakimin final fitini gözləməyən azarkeşlər sevimli komandalarını alqışlamağı lazım bilməyib.
Halbuki, digər bölgə klubları - "Kəpəz"lə Turan Tovuz"un məğlub olduğu oyunlardan sonra tərəfdarların öz komandalarını alqışladığına az rast gəlməmişik.
"Qəbələ" 12 turdan sonra topladığı 8 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: