“Qəbələ” bu gün “Olimpiakos”la üz-üzə gələcək

8 Noyabr 2023 11:00 Qəbələ 780
“Qəbələ” bu gün “Olimpiakos”la üz-üzə gələcək

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” II təsnifat mərhələsində ilk matçına çıxacaq.

Famil Xəlilovun yetirmələri Yunanıstan klubu “Olimpiakos”u qəbul edəcəklər. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmaya saat 16:00-da start veriləcək. Görüşü gürcüstanlı hakim Qoqa Kikaçeişvili idarə edəcək.

Bu komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.

“Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM