Gürcülər "Qəbələ" - "Olimpiakos" oyununda

2 Noyabr 2023 23:20 Qəbələ 837
Gürcülər "Qəbələ" - "Olimpiakos" oyununda

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının ikinci mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəyi qarşılaşmanın hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, noyabrın 8-də, saat 16:00-da Qəbələ şəhər stadionunda təşkil ediləcək oyunda ədaləti Gürcüstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Qoqa Kikaçeşviliyə laysmanlar qismində David Axvlediani və Davit Qabisonia kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə azərbaycanlı Tural Qurbanov yerinə yetirəcək.

16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)

Baş hakim: Qoqa Kikaçeişvili

Baş hakimin köməkçiləri: David Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan)

Qəbələ şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM