"Bu klub üçün mübarizə aparacağıma söz verirəm"

1 Noyabr 2023 15:00 Qəbələ 682
"Bu klub üçün mübarizə aparacağıma söz verirəm"

«Tezliklə komanda üçün nələr edə biləcəyimi görəcəklər».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin yeni hücumçusu Samuel Tetteh deyib.

Sentyabrda "qırmızı-qaralar”la 2 illik müqavilə imzalayan qanalı legioner söyləyib ki, azarkeşlər ondan çox şey gözləyir:

«Bəli, bilirəm ki, son vaxtlar onlar üçün heç bir nəticə əldə edə bilməmişik. Onlar məni hələ kifayət qədər görməyiblər.

Amma şəxsən onları əmin edə bilərəm ki, mən çox çalışıram. Komanda daha yaxşısını etmək və qarşıdakı həftələrdə daha yaxşı nəticələr əldə etmək üçün çox çalışır.

Bu klub üçün mübarizə aparacağıma söz verirəm. Ümid edirəm ki, onları xoşbəxt edəcəm».

27 yaşlı afrikalının son klubu “Adanaspor” olub. 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib.

Tetteh karyerası ərzində Qanada VAFA (2014-2016), Avstriyada “Lieferinq” (2016-2017), “Red Bull Zalsburq” (2017-2021), LASK (2018-2020, icarə), “Sankt-Polten” (2021, icarə), ABŞ-da “Nyu-York Red Bull” (2020, icarə) klublarının şərəfini qoruyub.

Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA