Klubda hamını yığdılar, tənbeh etdilər, barmaq silkələdilər!

31 Oktyabr 2023 14:00 Qəbələ 947
Klubda hamını yığdılar, tənbeh etdilər, barmaq silkələdilər!

Premyer Liqada cari mövsümü bərbad keçirən «Qəbələ»də toplantı olub.

İclasda komandanın nəticələri müzakirəyə çıxarılıb, ciddi iradlar səsləndirilib.

Məşqçilər və futbolçular tənbeh edilib. Bildirilib ki, nəticələr gözləniləndən qat-qat pisdir, üstəlik, nizam-intizamla əlaqəli problemlər mövcuddur.

Qeyd olunub ki, gedişat yaxşı heç nə vəd etmir, turnir cədvəlinin son sıralarında yer alıblar və tezliklə dönüş olmasa, vəziyyəti sonradan stabilləşdirmək daha da çətinləşəcək.

Xəbərdarlıq olunub ki, lüzumsuz yerə sarı və qırmızı vərəqə alan oyunçular sərt şəkildə cəzalandırılacaq. Komandaya qış fasiləsinə kimi təhlükəli zonadan uzaqlaşmaqla bağlı tapşırıq verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM