“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında ilk mərhələni adlayıb.
"Qırmızı-qaralar" I mərhələnin cavab matçında Macarıstanda “Puşkaş Akademiya”nın qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.
O, uzaq məsafədən yerinə yetirdiyi cərimə zərbəsiylə adını tabloya yazdırıb. Kənan beləcə UEFA Gənclər Liqasında həftənin ən gözlər qollarından birinə imza atıb.
Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Və artıq
“Qəbələ”nin növbəti rəqibi də müəyyənləşib. Bölgə təmsilçisi 2-ci mərhələdə “Olimpiakos”la qarşılaşacaq.
Yunanıstan klubu ilk mərhələdə İtaliya “Leççe”sini hər iki oyunda 3:1 hesabıyla məğlub edib.
Beləliklə, bu komanda ilə Çempionlar yolunun 2-ci mərhələsi çərçivəsində ilk oyun noyabrın 8-də Qəbələdə, cavab matçı noyabrın 29-da Yunanıstanda təşkil ediləcək.
Azərbaycan futbolu tarixində 2-ci dəfə komandamız mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

