İNSİDENT: "Qəbələ"lilər gecəni bölmədə keçirdi - FOTO

30 Oktyabr 2023 16:40 Qəbələ 2 031
İNSİDENT: "Qəbələ"lilər gecəni bölmədə keçirdi - FOTO

Azərbaycan Premyer Liqasının 11-ci turunda "Sumqayıt" "Qəbələ"ni qəbul etdi.

Qolsuz bərabərliklə bitən matçın ikinci yarısını qonaq komanda azarkeş dəstəyindən məhrum olub.

Buna səbəb oyunun birinci hissəsinin sonlarında Qəbələdən gələn fanatlarla polislər arasında yaşanan gərginlik olub.

Asayış keşikçiləri azarkeşlərin tribunada siqaret çəkməsinə mane olub, söyüşlü şuarlar və formalarını çıxarmalarına qadağa qoyub.

İNSİDENT: "Qəbələ"lilər gecəni bölmədə keçirdi

Narazı olan "qırmızı qaralar"ın tərəfdarları tribunaları tərk etməyə qərar veriblər.

Bu əsnada tərəflər arasında yaşanan insidentdə 4 azarkeş polis bölməsinə aparılıb.

Bölgə klubunun rəsmilərinin bütün cəhdlərinə rəğmən azarkeşlərin hələ də sərbəst buraxılmasına nail olmaq mümkün olmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA