Bir futbolçusu zədələndi, ikisi sıraya döndü - Əyalət komandasında

29 Oktyabr 2023 14:25 Qəbələ 808
Bir futbolçusu zədələndi, ikisi sıraya döndü - Əyalət komandasında

"Qəbələ"nin futbolçusu Emil Səfərov sıradan çıxıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin ayaq biləyinin oynaq bağları zədələnib.

O, qarşıdakı həftədə bərpa prosesi keçəcək.

Qapıçı Kristof Atanqana sağalıb və komandaya qoşulub. Ötən oyunda zədə səbəbindən meydana çıxmayan Ahmed Ayzaya qarşıdakı matçda iştirak edəcək.

"Qəbələ” bu gün Premyer Liqasının 11-ci turunda "Sumqayıt"ın qonağı olacaq. Görüşü saat 16:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM