“Çox məyus oldum” - Azərbaycan komandasının üzdüyü baş məşqçi

28 Oktyabr 2023 08:20 Qəbələ 842
“Çox məyus oldum” - Azərbaycan komandasının üzdüyü baş məşqçi

“Çox məyus oldum, çünki həlledici matç idi”.

Sportinfo.az xəbər verir ki, bunu UEFA Gənclər Liqasının I mərhələsinin cavab matçında “Qəbələ”nin U-19 komandasına uduzan (0:1) Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nın baş məşqçisi İştvan Kertvelieşi deyib.

Mütəxəssis doğma meydanda mübarizəni dayandırdıqlarına görə məyus olduqlarını bildirib:

“Qol vurmaq üçün təhlükəli vəziyyətlər yaratdıq. Hətta son dəqiqələrdə rəqib təhlükəli zərbəni dəf etdi.

Uşaqlar kifayət qədər yüksək səviyyədə çıxış edirlər. Daha da irəli getmək onlar üçün vacib idi.

Amma heyf ki, bacarmadılar. Axı bu təkcə bir matç deyil, həm də komandanın 1 illik əməyinin nəticəsi idi”.

Bu rəqiblər arasında Qəbələdə baş tutan ilk görüşdə heç-heçə (1:1) qeydə alınmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA