Macarıstan klubuna şok yaşadan "Qəbələ"nin məşqçisi "Sportinfo"ya danışdı

25 Oktyabr 2023 22:20 Qəbələ 1 096
Macarıstan klubuna şok yaşadan "Qəbələ"nin məşqçisi "Sportinfo"ya danışdı

UEFA Gənclər Liqasında mübarizə aparan "Qəbələ"nin U-19 komandası ikinci oyununu keçirib.

“Qırmızı-qaralar" cavab matçı çərçivəsində Macarıstanda "Puşkaş Akademiya"nın qonağı olub. Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüş 1:1 hesablı bərabərliklə başa çatdığı üçün Famil Xəlilovun yetirmələrə növbəti raunda yüksəlib.

Gənc mütəxəssis surpriz qələbədən sonra fikirlərini Sportinfo.az-la bölüşüb:

“Mərhələni keçəcəyimizə ürəkdən inanırdıq. İlk oyunda görsənirdi ki, rəqib komandada müəyyən boşluqlar var. Ondan istifadə etmək lazım idi.

Çox sayda təhlükəli futbolçuları vardı. 7-8 ukraynalı legionerləri heyətdə yer alırdı. Hər biri həlledici futbolçulardı.

Bu baxımdan müdafiəyönümlü taktika seçdik. Açıq oynamaq olmazdı. Çətin olardı, cəzalan bilərdik.

Hər şey düşündüyümz kimi getdi. Rəqibi necə analiz etmişdiksə, elə də oldu.

Səhvlərin gözləyib, onları cəzalandırmaq istəyirdik. Standart vəziyyətdən fərqlənmək mümkün oldu.

Daha yaxşı hesabla qalib gəlmək olardı. İmkanlarımız oldu

Rəqibin də yaxşı fürsətləri oldu. Lakin qələbəni daha çox istəyən, inana tərəf biz idik.

Futbolçularım qələbə üçün əlindən gələni etdi. Layiqli qələbə qazandıq, artıq növbəti oyunu düşünməliyik".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA