"Qəbələ" Macarıstandan zəfərlə qayıdır

25 Oktyabr 2023 20:10 Qəbələ 819
"Qəbələ" Macarıstandan zəfərlə qayıdır

UEFA Gənclər Liqasında mübarizə aparan "Qəbələ"nin U-19 komandası ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" cavab matçı çərçivəsində Macarıstanda "Puşkaş Akademiya"nın qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüş 1:1 hesablı bərabərliklə başa çatdığı üçün Famil Xəlilovun yetirmələrə növbəti raunda yüksəlib.

"Qəbələ" növbəti mərhələdə "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin qalibi ilə qarşılaşacaq.

“Puşkaş Akademiya” (Macarıstan) - “Qəbələ” (Azərbaycan) - 0:1

Qol: Kənan Baxışov, 56

Baş hakim: Mohammad Usman Aslam

İlk oyun - 1:1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA