Premyer Liqanın 10-cu turu çərçivəsində “Qəbələ” doğma azarkeşləri önündə “Araz-Naxçıvan”la qarşılaşdı.
Bölgə təmsilçisi çoxlarının gözləmədiyi halda elitanın debütantı önündə darmadağın oldu – 1:4.
Böyük hesablı məğlubiyyətin qeydə alınmasında meydan sahiblərinin azlıqda qalması böyük rol oynadı.
İlk yarıda İlkin Qırtımov komanda yoldaşlarını çətin vəziyyətdə qoydusa, ikinci hissənin gedişində Osama Xalayla ikinci “sarı” ilə meydandan qovuldu.
Diqqətçəkən məqam qəbələli azarkeşlərin futbolçulara göstərdiyi münasibət idi. Həm İlkin, həm də Osama “qırmızı”dan sonra paltardəyişmə otağına yollananda tribunadakılar onları alqışladı.
Qırtımov onlara təşəkkürünü əl çalmaqla bildirdi. Xalayla isə qəzəbli halda meydanı tərk etdi.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

