"Qəbələ"də başıpozuqluq - İndi də qəsdən oynamırlar?

23 Oktyabr 2023 11:00 Qəbələ 1 020
"Qəbələ"də başıpozuqluq - İndi də qəsdən oynamırlar?

Bir neçə ciddi problem var «Qəbələ»də.

Bunu biz də görürük, klub rəhbərliyi də görür, məşqçilərin özü də.

Ən birincisi nizam-intizamdır.

Biz «Qəbələ»də olması gərəkən, amma olmayan şeydən danışrıq. İntizam hara, «Qəbələ» hara - bir-birinə tamam zidd şeylərdir.

Burada hamı ağadır. Sən ağa, mən ağa, bəs inəkləri kim sağa? Elmar Baxşıyevin bu suala nəvaxtdır cavab axtardığını fikirləşirəm. Axtarmağına axtarıb, amma çi fayda!

O, «Qəbələ»də təkdir. Yuxarı başda əyləşənlər baş məşqçi sahib çıxmır, dəstək vermir. Onlar yalnız müsahibə verməyi, gəlişigözəl danışmağı bilirlər.

Rəhbər deyilsən, bir dəfə əlini vur stola, de ki, hansı futbolçu komandanın ziyanına addım atarsa, özbaşınalıq edərsə, qarışısında məni görəcək.

Qardaş, Elmar Baxşıyev burada 1 nəfərdir, hamının öhdəsindən təkbaşına gələ bilməz.

Əşşi, bu qədər sarı və qırmızı vərəqə almaq olar?!

«Araz-Naxçıvan»a evdə 1:4 hesabıyla uduzan komanda heç bir futbolçusuyla öyünməyə haqq etmir! Bunları cərmələmək azdır.

Daha ağır cəza almalıdırlar.

Qəsdən oynamadılar, nədir. 60-ci dəqiqədən sonra iamamilə dayandılar, «Araz-Naxçıvan» da utanıb elədi, dördüncü qoldan sonra dayandı, ardını gətirmədi.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA