"Allah həmişə mənimlədir və məni tərk etmir - Bizim çox işimiz var, dayanmayacağıq"

20 Oktyabr 2023 17:20 Qəbələ 572
"Allah həmişə mənimlədir və məni tərk etmir - Bizim çox işimiz var, dayanmayacağıq"

"Qarşıda bizi çox iş gözləyir. Dayanmayacağıq və dayana da bilmərik".

Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin braziliyalı futbolçusu Lukas Afriko komandadakı çıxışı ilə bağlı ölkəsinin "Esportenewsmundo" nəşrinə açıqlamasında deyib.

28 yaşlı müdafiəçi indiyədək Premyer Liqadakı bütün matçlarda (810 dəqiqə) əvəzolunmadan iştirak etməsinə münasibət bildirib.

Yayda bölgə təmsilçisinə keçən braziliyalı klubda hamının onu çox yaxşı qarşıladığını söyləyib:

"Bu dəqiqəyə sahib olmaq çox vacibdir. Yenidən özümü təsdiq etməyə ehtiyacım var idi.

Bunu bacaracağımı da bilirdim. Allah həmişə mənimlədir və məni tərk etmir.

Çalışmağa davam edəcəm. Komandaya kömək etmək və mövsüm ərzində yaxşı nəticələr əldə etmək niyyətindəyəm".

"Qəbələ" Premyer Liqanın X turunda "Araz-Naxçıvan"ı qəbul edəcək. Oktyabrın 22-də reallaşacaq görüş saat 16:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA