"Qəbələ”də hamı qayıtdı, iki nəfərdən başqa

19 Oktyabr 2023 16:40 Qəbələ 1 012
"Qəbələ”də hamı qayıtdı, iki nəfərdən başqa

“Araz-Naxçıvan”la oyuna hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir.

Hazırlıqlarını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçən “qırmızı-qaralar”da üzlər gülür.

Buna səbəb komandanın tam tərkibdə məşq etməsidir.

Millilərin oyunları ilə bağlı fasilədən yararlanaraq özünə toy edən Əyyub Allaş Belçikadan Azərbaycana dönüb. 25 yaşlı futbolçu oktyabrın 15-dən kollektivlə birlikdədir.

“Səbail”lə görüşün ikinci yarısında zədələnərək meydanı vaxtından əvvəl tərk edən Zurab Oçiqavanın xəsarətinin ciddi olmadığı aşkarlanıb. Odur ki, gürcü müdafiəçi hazırlıq mərhələsində tam gücü ilə iştirak edib.

“Turan Tovuz”la səfər qarşılaşmasında zədələnən və bir aydan çoxdur yaşıl meydanlardan uzaq qalan Ürfan Abbasovdan xoş xəbər var.

Kapitanın durumu yaxşıdır. Odur ki, iki həftəlik fasilə dönəmində kollektiv çalışmalarda tər töküb. “Araz-Naxçıvan”a qarşı forma geyinməsində problem yoxdur.

Əvvəla əsas millinin, daha sorna U-21 yığmamızın heyətində çıxış edən Emil Səfərov isə bu gündən komandaya qoşulacaq. Gənc yarımmüdafiəçinin fiziki durumunda heç bir problem yoxdur.

“Qəbələ”nin narahatlığı Asif Məmmədov və Feras Abu Akalla bağlıdır.

Ötən mövsüm ağır zədə alan hər iki futbolçunun kollektiv məşqlərə qoşulması müəyyən vaxt alacaq. Asif fərdi çalışmalarla kifayətlənirsə, Feras fizioterapevt nəzarətində məşq edir.

Oktyabrın 22-də keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşması saat 16:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA