UEFA-dan "Qəbələ"nin avrokubok oyununa TƏYİNAT

17 Oktyabr 2023 02:10 Qəbələ 567
UEFA-dan "Qəbələ"nin avrokubok oyununa TƏYİNAT

"Qəbələ"nin UEFA Gənclər Liqasının "Puşkaş Akademiyası" ilə keçirəcəyi cavab matçının təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Macarıstanda baş tutacaq qarşılaşmanı Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Oyunun baş hakimi Məhəmməd Usman Aslam olacaq. Ona Tom Harald Qronevik və Yorgen Ronninq Valstadsve laynsman qismində yardımçı olacaqlar.

Dördüncü hakim funksiyasını macarıstanlı Marton Rusz yerinə yetirəcək.

"Puşkaş Akademiya" - "Qəbələ" görüşü 25 oktyabr tarixində baş tutacaq. Komandalar arasında Qəbələdə keçirilmiş ilk oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM