“Qəbələ”li hücumçu: “Üz-üzə gəldiyim ən güclü oyunçu İlkay Gündoğandır”

17 Oktyabr 2023 01:20 Qəbələ 755
“Qəbələ”li hücumçu: “Üz-üzə gəldiyim ən güclü oyunçu İlkay Gündoğandır”

“Karyeram ərzində üz-üzə gəldiyim ən güclü oyunçu İlkay Gündoğandır”.

Sportinfo.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq hücumçusu Aleksey Antonov Ukrayna mətbuatına açıqlamasında deyib.

Hazırda ölkəsində “Çernomorets”in baş məşqçisi Roman Qriqorçukun köməkçisi kimi fəaliyyət göstərən 37 yaşlı mütəxəssis 2015/2016 mövsümündə “Qəbələ”nin heyətində Avropa Liqasının qrup mərhələsində “Borussiya”ya (Dortmund) qarşı keçirilən oyunu hələ də unutmadığını bildirib:

“Borussiya”ya qarşı keçirdiyimiz səfər qarşılaşması zamanı “Siqnal İduna Park”dakı atmosfer unudulmaz idi. Bu, çıxış etdiyim ən yaxşı stadiondur.

Ən güclü rəqib kimi isə İlkay Gündoğanla yanaşı, Pyer-Emerik Obameyanqı göstərə bilərəm. Hər ikisi həmin vaxt “Borussiya”nın formasını geyinirdi”.

2015-ci ilin noyabrında baş tutan “Borussiya” – “Qəbələ” oyununda almanlar 4:0 hesablı qələbə qazanmışdılar. Bakıda isə “Qəbələ” rəqibinə 1:3 hesabı ilə uduzmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA