Afrikalı Azərbaycandan ayrıldı, İspaniyaya yollandı

15 Oktyabr 2023 18:35 Qəbələ 1 511
Afrikalı Azərbaycandan ayrıldı, İspaniyaya yollandı

"Qəbələ"nin legioneri Kristian Atanqana İspaniyaya yollanıb.

“Səbail”lə matçdan sonra (0:1) düşərgəni tərk edən qapıçı əməliyyat olunması üçün adıçəkilən ölkəyə gedib.

Amma həkimlərin müayinəsindən sonra əməliyyata ehtiyac olmadığı aşkar olunub.

Lakin 23 yaşlı futbolçu hələ də Bakıya qayıtmayıb.

Onun “Qəbələ”nin düşərgəsinə qoşulması bu ayın sonunda mümkün olacaq.

Belə ki, kamerunlu qolkiper reabilitasiya dövrün vətəndaşı olduğu İspaniyada keçirəcək.

Afrikalı futbolçu bu mövsüm ilk 4 turda 11 qol buraxması ilə yadda qalıb.

O, çoxsaylı səhvlərindən sonra 5-ci turdan ehtiyat skamiyaya göndərilib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM