Avazı yaxşı gəlir… "Qəbələ"dən belə bir AÇIQLAMA!

13 Oktyabr 2023 13:20 Qəbələ 1 091
Avazı yaxşı gəlir… "Qəbələ"dən belə bir AÇIQLAMA!

"Qəbələ" üç günlük istirahətin ardından məşqləri bərpa edib.

Sportinfo.az xəbər verir ki, "CBC Sport" kanalı bölgə təmsilçisinin hazırlıq prosesindən reportaj hazırlayıb.

"Qırmızı-qaralar"ın fransalı yarımmüdafiəçisi Bilel Auşeriya komandanın ilk dövrədəki performansını dəyərləndirib:

"İstədiyimiz mövqedə deyilik. Doqquz oyunun ikisində qələbə qazanmışıq.

Amma son matçdakı dinamika və hərəkətlilik göstərdi ki, biz daha yaxşı oynaya bilərik. Bunu edə bilsək, nəticələr də gələcək.

Məqsədimiz keçirəcəyimiz bütün oyunlarda qalib gəlməkdir. İkinci dövrə gələn həftə start götürəcək. "Araz-Naxçıvan"la görüşə köklənmişik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA