Vəd verdi: "Tezliklə komanda üçün nələr edə biləcəyimi görəcəklər"

22 Oktyabr 2023 14:00 Qəbələ 687
Vəd verdi: "Tezliklə komanda üçün nələr edə biləcəyimi görəcəklər"

"Qəbələ"nin mövsümün gedişində heyətinə qatdığı qanalı forvard Samuel Tetteh Sportinfo.az-a müsahibə verib.

- Artıq yeni komandanda 4 görüş keçirmisən. Performansını necə dəyərləndirirsən?

- Şəxsən mən deyərdim ki, bu mənim üçün kifayət deyil. Çünki yeni komanda yoldaşlarıma uyğunlaşsam da, qol vurmaq və assist etməklə komandaya daha çox töhfə vermək istəyirəm. Komandaya kömək etmək üçün daha çox dəqiqəyə ehtiyacım var.

- Baş məşqçi niyə o dəqiqələri sizə vermir?

- Son bir həftə ərzində fiziki cəhətdən heç də yaxşı səviyyədə deyildim. Digər tərəfddən baş məşqçinin qərarıdır. Bizim komandada keyfiyyətli oyunçularımız var. Komandada hər kəs öz yeri uğrunda mübarizə aparır. Bu da rəqabət olmasından xəbər verir. Rəqabətin olması komanda üçün faydalıdır. Mən sadəcə çox çalışmalıyam. Fürsət düşəndə ​​yaxşı çıxış etməli və baş məşqçini daha çox dəqiqəyə layiq olduğuma inandırmalıyam.

- Hazırda özünü necə hiss edirsən?

- İndi özümü həm daxildə, həm fiziki cəhətdən yaxşı hiss edirəm.

- Güclü rəqabət olduğunu bildirdin. Belədə əsas heyətdə yer almaq çətin olmayacaq?

- Xeyr. Dediyim kimi, çox çalışmalı və hazır olmalıyam. Məndə olan keyfiyyətləri və necə kömək edə biləcəyimi bilirəm. Səbirli olmalıyam. Fürsət düşəndə yaxşı çıxış etməli və daha yaxşı statistika əldə etməliyəm.

- Çempionatın səviyyəsi ilə bağlı fikirlərin necədir?

- Bu, həqiqətən çox keyfiyyətli, rəqabətədavamlı çempionatdır. Düzdü, mən az sayda oyun görmüşəm. Gördüklərimə əsasən bunu deyə bilərəm.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA