Legioner Azərbaycan klubun tərk etdi - BU SƏBƏBDƏN

13 Oktyabr 2023 23:20 Qəbələ 1 398
Legioner Azərbaycan klubun tərk etdi - BU SƏBƏBDƏN

"Qəbələ"də 3 günlük istirahət başa çatıb.

Bölgə klubu milli komandamızın oyunlarına görə yaranmış fasilədə ilk məşqinə çıxıb.

Bakı Olimpiya Stadionunda baş tutan hazırlığa komandanın önəmli simalarından biri sayılan Əyyub Allaş qatılmayıb.

Bu da səsbəbsiz deyil.

25 yaşlı legioner subaylığın daşını atmaq üçün düşərgədən ayrılaraq ölkəsinə gedib.

Baş məşqçi Elmar Baxşıyevdən icazə alan mərakeşli vətənində özünə toy məclisi düzənləyəcək.

Xeyir iş bu gün olacaq.

Əcnəbi futbolçu daha iki gün əlavə istirahət edəcək və 15 oktyabrın təcrübəli mütəxəssisin sərəncamında olacaq.

Xatırladaq ki, "Qəbələ" fasilədən sonra ilk matçını 22 oktyabr doğma meydanda "Araz Naxçıvan"a qarşı keçirəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM