"Qəbələ"də həm toy olacaq, həm də əməliyyat

12 Oktyabr 2023 08:20 Qəbələ 1 088
"Qəbələ"də həm toy olacaq, həm də əməliyyat

Premyer Liqanın IX turunun oktyabrın 7-də keçirilən “Səbail”lə oyunundan (0:1) sonra üç günlük istirahətə buraxılan “Qəbələ” məşqləri bərpa edib.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıq keçib.

Məşq prosesində komandanın altı üzvü iştirak etməyib.

Rəşad Əzizli və Emil Səfərov Azərbaycan milli komandasının düşərgəsində olduğundan, Asif Məmmədovla Feras Abu Akal zədədən sonra bərpa prosesi keçdiyindən hazırlıqdan kənar qalıb.

Dizindəki zədə səbəbindən cərrahi müdaxilə ediləcəyi gözlənilən Kristof Atanqananın əməliyyat günü hələ dəqiqləşməyib. Oktyabrın 13-də ailə həyatı quracaq Əyyub Allaş isə vətənində olduğundan hazırlığa qatılmır.

“Qəbələ” X tur çərçivəsində keçiriləcək növbəti oyununu oktyabrın 22-də Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA