Tərlan Əhmədov indi hansı kluba “qarmaq” atır?

11 Oktyabr 2023 20:20 Qəbələ 4 256
Tərlan Əhmədov indi hansı kluba “qarmaq” atır?

Ötən mövsümün sonunda “Kəpəz”dən ayrılan Tərlan Əhmədov yeni iş axtarışındadır.

Gəncə klubunun müqavilə müddətini uzatmayan mütəxəssis bu dəfə “Qəbələ”yə göz dikib.

Vaxtilə AZAL, “Neftçi” və “Şamaxı”da da çalışmış Əhmədov müxtəlif şəxslər vasitəsilə “qırmızı-qaralar”ın rəhbərliyinə xəbər göndərib.

O, Elmar Baxşıyevi əvəzləməyə hər an hazır olduğunu, hazırkı heyətlə avrokuboklara vəsiqə qazana biləcəyini iddia edib.

“Qırmızı-qaralar” Premyer Liqanın ilk dövrəsini uğursuz keçirib. Ölkə kubokunun son sahibi 9 tur ərzində 7 xal toplayıb və turnir cədəlinin doqquzuncu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM