Avropa klubu azərbaycanlı gənc istedadla yaxından maraqlanır

5 Oktyabr 2023 02:30 Qəbələ 2 043
Avropa klubu azərbaycanlı gənc istedadla yaxından maraqlanır

"Qəbələ” və Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Səfərov "Kalmar”ın maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, İsveç klubunun skautları Səfərov üçün millinin iki oyununu canlı izləməyi planlaşdırır.

“Kalmar”ın skautları Estoniya – Azərbaycan görüşü üçün Tallinə yollanacaq.

Matç oktyabrın 13-də keçiriləcək.“Kalmar” hazırda İsveç çempionatında 8-ci pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM