"Qəbələ" Gənclər Liqasına qələbə ilə başlaya bilmədi

4 Oktyabr 2023 18:10 Qəbələ 1 080
"Qəbələ" Gənclər Liqasına qələbə ilə başlaya bilmədi

Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Bu, “Qəbələ”nin turnirdə 6-cı startı olub. Yarışda 2016/17 mövsümündə debüt edən "qırmızı-qaralar" daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.

Komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

4 oktyabr

16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan) - 1:1

Qollar: Şahin Şahniyarov, 8 (1:0), Umathum, 36-pen. (1:1)

Baş hakim: Sayat Karabayev (Qazaxıstan)

Qəbələ şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM