Bu komanda Premyer Liqadan düşməyəcək - Yaxşı "göz"ü var

3 Oktyabr 2023 11:40 Qəbələ 882
Bu komanda Premyer Liqadan düşməyəcək - Yaxşı "göz"ü var

«Qəbələ» bu mövsüm ilk dəfə səfərdə qələbə qazandı.

Gəncədə əldə olunan 1:0 hesablı nəticə ölkə kubokunun sahibini son pillədən tərpətdi.

Deyəsən, Elmar Baxşıyev düz söyləyib - «Qəbələ» üçün mövsüm indi-indi başlayır. Yayda yığılmış heyət məhz bu aralar özünü tanımağa çalışır.

Turdan-tura oyunlarını yaxşılaşdırırlar. Ötən tur «Qarabağ»a asanlıqla məğlub olmamışdılar. İki erkən qola rəğmən, sonadək mübarizə əzmini yerə qoymamışdılar.

Gəncədə isə biz nə istədiyini bilən, «Kəpəz»in həmlələri qarşısında özünü itirməyən, dəqiqələr ötdükcə rəqib qapısına doğru daha böyük qüvvə ilə irəliləyən «Qəbələ» var idi.

Elmar Baxşıyevin yaxşı gözü var. Mən bunu həmişə demişəm.

Onun bəyəndiyi legionerlər nadir hallarda «lax» çıxır. Bu yay qırmızı-qara formanı geyindirdiyi legionerlər barədə rəyim də müsbətdir.

Klub rəhbərliyi Baxşıyevin işinə müdaxilə etməsə, digər tərəfdən, o özü də intizamla bağlı çatışmazlıqları aradan qaldırsa, «Qəbələ» bir daha turnir cədvəlinin «zirzəmi»sinə yuvarlanmayacaq.

Məqsəd Premyer Liqada qalmaqdırsa, Baxşıyev bu vəzifənin öhdəsindən gələcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM