"Biz bu uzun yolda güclü və birlik olaraq qalırıq"

3 Oktyabr 2023 14:20 Qəbələ 689
"Biz bu uzun yolda güclü və birlik olaraq qalırıq"

"Qəbələ"nin braziliyalı müdafiəçisi Lukas Afriko sosial şəbəkədə Premyer Liqanın 8-ci turunda "Kəpəz" üzərindəki (1:0) qələbə barədə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, bölgə klubunun legioneri komandasının Gəncədə üç xal qazanması haqda bunları yazıb:

"Uşaqlar, bu cür mühüm qələbə münasibətilə sizi təbrik edirəm. Biz bu uzun yolda güclü və birlik olaraq qalırıq".

""Qəbələ" Gəncədə qazandığı qələbə ilə aktivindəki xalların sayını 7-ə çatdıraraq sonuncu pillədən qurtularaq 8-ci pilləyə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM