“Azərbaycan klubundan təklif gələndə Ovusuya zəng vurub maraqlandım, mənə dedi ki...”

29 Sentyabr 2023 23:00 Qəbələ 3 635
“Azərbaycan klubundan təklif gələndə Ovusuya zəng vurub maraqlandım, mənə dedi ki...”

Son 2 ili Türkiyədə keçirmiş Samuel Tetteh bundan sonra “Qəbələ”nin uğurları üçün tər tökəcək.

Qanalı hücumçu bölgə təmsilçisi ilə 2 illik sözləşmə imzalayıb.

Sən demə, Samuel Azərbaycana gəlməmişdən əvvəl götür-qoy edib, ölkəmiz və futbolumuz haqda məlumatlar toplayıb.

Vaxtilə “Qarabağ”ın formasını geyinmiş, illərdir tanıdığı dostuna zəng edib müəyyən bilgilərə sahib olandan sonra “Qəbələ”yə “hə” deyib.

Tetteh Sportinfo.az-a açıqlamasında bununla bağlı danışıb:

“Ovusu Kvabenanı xatırlayırsınız yəqin. İndi Macarıstandadır, daha öncə Azərbaycanda oynayıb.

Ovusu ilə Qanadan tanışam, vaxtilə milli komandada çiyin-çiyinə oynamışıq. Azərbaycan klubundan təklif alanda Ovusuya zəng vurub maraqlandım.

Mənə dedi ki, yaşamalı, gəzməli ölkədir. Çempionatın səviyyəsi yaxşıdır. Bu sözləri eşidəndən sonra düşünməyə vaxtım qalmadı”.

Ovusu Qananın əsas millisində 4, Samuel isə 5 oyunda forma geyinib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti